SON DƏQİQƏ

maqazin.info

Azərbaycanlı diplomatın qızı moda aləminin nüfuzlu şəxsləri arasında

Azərbaycanlı diplomatın qızı moda aləminin nüfuzlu şəxsləri arasında
Bu xəbər 04 Oktyabr 2019 - 13:43 'də əlavə edildi və 33 dəfə görüntüləndi.

“Business of Fashion” jurnalı moda sənayesinin 500 ən nüfuzlu şəxsinin siyahısını hazırlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 45 ölkədən olan dizayner, stilist, musiqiçi, model və sahibkarlar arasında Azərbaycandan Rusiyada yaşayıb-fəaliyyət göstərən, “Aizel” konsepsiya mağazası və bazar platformasının sahibi Aysel Trudel (Hüseynova) yer alıb.

Diplomat Aydın Hüseynovun qızı kimi tanıdılan iş qadını bu barədə instaqram hesabında məlumat verib:

“Adımın “BoF 500” siyahısına daxil edilməsi mənim üçün çox sevindirici haldır. Moda sahəsində işlədiyim 20 il ərzində Rusiyaya onlarla yeni marka gətirdim və həmişə istedadlı gənc ruslara dəstək olmuşam. Ümid edirəm ki, “Moda Fondu” kimi bir təşəbbüs gənc dizaynerlərə formalaşma və inkişaf yollarında dəstək olmağa kömək edəcək və gələcəkdə Moskva və Rusiyaya dünyanın dəb xəritəsində öz yerlərini tutmağa imkan verəcək”.






Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ