SON DƏQİQƏ

maqazin.info

Qırmızı xalçadan övladları ilə keçdi – Fotolar

Qırmızı xalçadan övladları ilə keçdi – Fotolar
Bu xəbər 11 Oktyabr 2019 - 12:58 'də əlavə edildi və 30 dəfə görüntüləndi.

Böyük Britaniyanın London şəhərində “Malefisenta: Zülmətin sahibəsi” filminin qala gecəsi baş tutub.  

“Qafqazinfo”nun “StarHit”ə istinadən məlumatına görə, aktrisa Ancelina Coli ekran işinin digər baş rol ifaçıları ilə qırmızı xalça üzərindən keçib.

Coli bu dəfə də qırmızı xalçada övladları ilə görüntülənib. Onu qızları Viven, Şaylo və Zəyra, eləcə də oğlu Noks müşayiət edib. Əlamətdar tədbir üçün aktrisa gümüşü rəngli geyimini “Ralph & Russo”dan seçib. Onun övladları isə tünd rəngli geyimlərə üstünlük verib.

Həmçinin, tədbirə daha bir baş rol ifaçısı – El Fanninq qatılıb. O, qırmızı xalçada şahzadə geyimini xatırladan eleqant libasda görüntülənib. Xatırladaq ki, çəkilişlər zamanı 21 yaşlı aktrisa Ancelina ilə dostlaşmağı da çatdırıb. Ulduzlar tez-tez bərabər vaxt keçirir, sosial şəbəkədə çəkiliş meydançasından foto paylaşırdı.

Qırmızı xalçaya rejissor Yoakim Ronninq, eləcə də aktyorlar Sem Rayli, Harris Dikinson, Çivetel Edjiofor da çıxıb.







Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ