SON DƏQİQƏ

maqazin.info

Sevda evlənmək eşqinə düşüb

Sevda evlənmək eşqinə düşüb
Bu xəbər 17 Oktyabr 2019 - 16:37 'də əlavə edildi və 34 dəfə görüntüləndi.

“Dünənədək düşünmürdüm, öncəliyim işlərim idi. İndi arzularımın çoxuna çatmışam. Bu gün yaşa dolmuş, düşünən, dərk edən xanım kimi evlənmək istəyirəm. Bir də insan gərək özünü buna hazır hiss etsin”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Show news”a danışıb.

O, evlənəcəyi adamın varlı və ya kasıb olmasına fərq qoymayacağını söyləyib:

“Hər gün sosial şəbəkədə sevgi etirafı alıram. İnstaqramımda neçə min mesaj var. Xoş sözlər yazırlar. Bunlar məni xoşbəxt edir. Sevməmişəm deyə, bu barədə danışmağa utanıram. Bu işlər qismətlə bağlıdır. Əsas odur ki, yaxşı insan olsun. Anlayışlı, düzgün, sevən, hörmət edən olmalıdır. Xoşbəxtlik maddiyyatda deyil. Elə insanlar var ki, çox varlıdılar. Amma bunlar onu xoşbəxt etmir. Əsas odur ki, qəlbən xoşbəxt olasan. Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir. Buna xoşbəxtlik də daxildir”.

XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ