SON DƏQİQƏ

maqazin.info

Çimnaz “Olmaz-olmaz” dedi – VİDEO

Çimnaz “Olmaz-olmaz” dedi – VİDEO
Bu xəbər 21 Oktyabr 2019 - 13:35 'də əlavə edildi və 75 dəfə görüntüləndi.

Aktrisa-müğənni Çimnaz Sultanova yeni “Olmaz-olmaz” adlı mahnısına çəkilən klipini təqdim edib.

 

Maqazin.info  xəbər verir ki, mahnının söz və musiqisi Miro İsgəndərova, aranjimanı isə Müşviq Ağayeva məxsusdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. Çəkilişləri yay ayında baş tutan klip, Astarada lentə alınıb. Bu müğənni və rejissorun sayca birgə olan ikinci işləridir. Çimnaz açıqlamasında bildirib ki, o klipdə təbiətin dörd ünsürü olan, od, su, torpaq və yeli bir qadın olaraq təcəssüm edib:

 

“Qadının gözəlliyi – möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir. O mələkdir ki, hansı ki biz uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir… Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyyə edicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz”.

 

Qeyd edək ki, klip sənətçini rəsmi “Youtube” kanalına yerləşdirilib.

 

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ