SON DƏQİQƏ

maqazin.info

Yalçın Rzazadə yenidən Türkiyəyə aparıldı

Yalçın Rzazadə yenidən Türkiyəyə aparıldı
Bu xəbər 28 Oktyabr 2019 - 16:45 'də əlavə edildi və 46 dəfə görüntüləndi.

Səhhətində problemlər yaranan Xalq artisti Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb.

Maqazin.info “report”a istinadən xəbər verir ki, bu haqda müğənni özü deyib. O, hazırda İstanbul şəhərindəki xəstəxanaların birində müalicəsinin davam etdirildiyini bildirib:

“Hazırda sistem altındayam, rahat danışa bilmirəm. Hələlik bir yenilik yoxdur, müalicələrim davam edir. İnşallah, tam sağalandan sonra Azərbaycana qayıdacam”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub. Oktyabrın 15-də isə Y.Rzazadə müalicə olunduğu həmin xəstəxanadan evə buraxılmışdı və o, Bakıya qayıtmışdı.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ