SON DƏQİQƏ

maqazin.info

“Uşağım Amerikada zülm çəkir”

“Uşağım Amerikada zülm çəkir”
Bu xəbər 06 Noyabr 2019 - 13:38 'də əlavə edildi və 95 dəfə görüntüləndi.

Əməkdar artist Aybəniz Haşımova “Eurovision 2013” təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni tələbəsi olan ifaçı ilə bağlı gözlənilməz açıqlamalar verib. O, Fəridin bezib getdiyini söyləyib:

“Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, “Eurovision” müsabiqəsinə. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fərilərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?

Fəridin anasından soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”.

Aparıcı Nanə Ağamalıyeva isə etiraz edərək “Dəfələrlə onu efirimə çağırdım, gəlmədi” sözlərini söyləyib.

Qeyd edək ki, Fərid ailə qurduqdan sonra, Amerikaya köçüb və orada kuryer çalışır.

 

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ