SON DƏQİQƏ

maqazin.info

“Bir qarın çörəyə görədir…” – Restoran reklam edən məşhurları qınadı

“Bir qarın çörəyə görədir…” – Restoran reklam edən məşhurları qınadı
Bu xəbər 06 Noyabr 2019 - 13:43 'də əlavə edildi və 21 dəfə görüntüləndi.

“Mənə həqiqətən maraqlıdır ki, hər gün bir restorana gedib, qarşısınızda yemək-içmək dolu masa, qaşıq ağzınızda və ya nəyisə dişləyərək şəkil çəkdirib İnstaqramda paylaşıb, “ən dadlı yeməklər, ən gözəl məkan ora-bura” deyirsiniz… Sonda orada hesab ödəyirsiniz?”.

Maqazin.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri sosial media hesabında aparıcı Samir Bayramlı yazıb.

O, hər dəfə fərqli restoranlarda yemək yeyərkən görüntülər paylaşıb, həmin məkanları reklam edənləri tənqid atəşinə tutub:

“Yəqin ki, çoxsaylı izləyicilərə tərif dolu şəkil paylaşdığınız və məkanı reklam etdiyiniz üçün orada qonaq olarsınız… Özü də necə olursa, bir gün keçmir ki, eynitiöli şəkli tamam başqa məkanda çəkdirib, paylaşıb, eyni şeyləri də yazırsınız… – nə məntiqdirsə… Onda belə çıxır ki, bunların hamısı bir qarın çörəyə görədir. Bunu bilə-bilə o reklamı təklif edən məkan sahibləri və ya marketinq menecerlər də ayrı mövzudur əslində.. İnanmıram ki, kimsə oradan “qəşəng” pul alsın. Əslində, normalda bunun əvəzi yaxşı ödəniş olmalıdır. Uzağı bir dəfə də ailə, dost, qohumla gedib, yeyib-içirsiniz, vəssalam. Xüsusi məqamları, halları, bəzi belə şəkilləri və adamları təbii ki, istisna edirəm”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ