SON DƏQİQƏ

maqazin.info

Xatun “anakonda” adlandırdığı Natavandan nə istəyir?

Xatun “anakonda” adlandırdığı Natavandan nə istəyir?
Bu xəbər 07 Noyabr 2019 - 10:49 'də əlavə edildi və 64 dəfə görüntüləndi.

Müğənni Xatun Əliyeva qalmaqal yaşadığı həmkarı Natavan Həbibiyə yenə söz atıb.

Axşam.az xəbər verir ki, sənətçi küsülü olduğu ifaçının fotosunu əlində tutaraq şəkil çəkdirib. Xatun İnstaqramda yerləşdirdiyi şəklə “Özlədim söhbətini, o səsini özlədim” sözlərini yazaraq, Natavanı işarələyib.

Sənətçinin barışıq addımı sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Bir çoxları onu tənqid edib. Qarşı tərəf isə Xatuna heç bir reaksiya verməyib.

Qeyd edək ki, Xatun “ATV maqazin onlarla” verilişində natavanı “anakonda” adlandırmışdı:

“Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqresiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: ”Otur yerində”. Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun.

Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada “anakondalıq” edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ