SON DƏQİQƏ

maqazin.info

“İstədik ki, bir-birimizi sevdiyimizə inansınlar…”

“İstədik ki, bir-birimizi sevdiyimizə inansınlar…”
Bu xəbər 07 Noyabr 2019 - 12:22 'də əlavə edildi və 51 dəfə görüntüləndi.

Dünyaca məşhur müğənni- aktrisa Ledi Qaqa Amerikanın “Elle” jurnalına şəxsi həyatı barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, dərginin siması olan pop ulduz aktyor Bredli Kuperlə eşq dedi- qodularına da münasibət bildirib.

33 yaşlı sənətçi  Hollivud ulduzu ilə sevgili olmadığını qeyd edib: “Biz bir sevgi hekayəsindən bəhs etdik. Bir musiqiçi, aktrisa olaraq təbii ki, insanların bir-birimizə aşiq olduğumuza inanmalarını istədim. Və onlar bu sevgini  “Oscar”da da hiss etdilər. Belə sevginin kameralardan evlərdəki televizorlara yansımasının arzusunda idik. Bunun üçün günlərcə çalışdıq. Çox yaxşı bir iş ortaya qoyduq”.

Bundan əlavə, sənətçi jurnala müsahibəsində 19 yaşındaykən təcavüzə məruz qaldığını etiraf edib: “Sənətə gəldiyim illərdən bu yana çox çətinliklər gördüm, travma aldım. Amma ayaqda qalmağı bacardım, davam da edirəm. Aldığım “Oscar” mükafatına baxaraq orada kədər görürəm”.






Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ