SON DƏQİQƏ

maqazin.info

Eks-kraldan ayrıldığı rus modelə pul qarşılığında 2 şərt

Eks-kraldan ayrıldığı rus modelə pul qarşılığında 2 şərt
Bu xəbər 08 Noyabr 2019 - 9:47 'də əlavə edildi və 27 dəfə görüntüləndi.

Malayziyanın eks-kralı V Məhəmməd keçmiş həyat yoldaşı, “Miss Moskva – 2015” gözəllik müsabiqəsinin qalibi Oksana Voyevodinaya oğlu İslam Leon üçün trast fondu yaratmağı təklif edib. Lakin bunun müqabilində o, modeldən bir sıra şərtlərə əməl etməsini tələb edir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” yazıb.

V Məhəmməd trast fondunun 195 min funt sterlinq təşkil edəcəyini qeyd edib. Bundan əlavə, eks-kral on ay ərzində Voyevodinaya yaşamaq üçün 100 min dollar verməyə hazırdır.

Bunun əvəzində keçmiş kral Voyevodinadan uşağa İslam dininin qaydalarına uyğun tərbiyə verməyi və oğlunun bütün şəkillərini sosial şəbəkələrdən silməyi tələb edib. V Məhəmməd nə oğlanla, nə də eks-“Miss Moskva” ilə bir daha görüşmək istəmədiyini əlavə edib.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ