SON DƏQİQƏ

maqazin.info

Saç tökülməsinin və qurumasının qarşısını bunlarla alın

Saç tökülməsinin və qurumasının qarşısını bunlarla alın
Bu xəbər 10 Noyabr 2019 - 14:40 'də əlavə edildi və 80 dəfə görüntüləndi.

Saç tökülməsinin, qurumasının qarşısını almaq heç də çətin və ya bahalı prosedur deyil. Tənbəl olmayan xanımlar bu bəladan ev şəraitində asanlıqla qurtula bilərlər.

· Əgər saçlarınız hansısa vitamin çatışmaşlığı səbəbindən tökülürsə, bu zaman çoxlu ət, meyvə, ən əsası alma, göyərti yeməyiniz məsləhətdir.

· Zeytun yağını saçınızın dibinə çəkib, 20 dəqiqə saxladıqdan sonra həmin tərkibli şampunla yuyun.

· Zəncəfil şirəsini küncüd yağı ilə qarışdırıb, saçın diblərini onunla masaj edin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

· Bir soğanı sıxıb, şirəsini çıxarın. Üzərinə gənəgərçək yağı, 1 ədəd yumurtanın sarısını əlavə edib, qarışdırın. Gənəgərçək yağını zeytun yağı ilə də əvəz etmək olar. Saçınızı yumazdan 45 dəqiqə əvvəl bu qarışığı diblərinə sürtün, sonra saçlarınızı selofanla örtüb, dəsmalla bağlayın. Bunu ayda bir dəfə etməyiniz məsləhətdir.

· Yarım stəkan quru kəklikotunu toz halına gətirib, üzərinə iki stəkan qaynar mineral su əlavə edin. Qarışıq dəmlənib, soyuduqdan sonra süzgəcdən keçirin. Başınızı yuduqdan sonra dəmləməni başınızın diblərinə sürtüb, masaj edin. Başınızı dəsmalla bağlayın və 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ