SON DƏQİQƏ

maqazin.info

Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab – Video

Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab – Video
Bu xəbər 11 Noyabr 2019 - 20:07 'də əlavə edildi və 88 dəfə görüntüləndi.

“Neçə gündür İnstaqramda şərhləri bağlayıram. Pərviz danışdı, mən yox. Ona görə mənə təhqir yazırlar. Bu da mənə çox pis təsir edir. İllərdir Pərvizlə dostuq, birlikdə çörək qazanırıq”.
Maqazin.info xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Hər şey daxil” verilişində deyib. Sənətçi duet ortağı Pərviz Bülbülənin ondan ayrılma səbəbini açıqlayıb.

Türkan bildirib ki, Pərviz ona haqsızlıq edib:

“Pərviz sənət adamıdır, bilir ki, özü də dəfələrlə yaxın dostlarının məclisinə çata bilməyib. Biz xalqın toylarını, məclislərini oxuyuruq. Pərvizin Azərbaycanda və kənarda olan dostlarının toyunu bir manatsız oxumuşam. Yenə də buna hazıram.

Həmin dostunun rayondakı toyunu gedib başdan-ayağa təmənnasız oxumuşam. Bu dəfə uşağının məclisi idi. Toy varsa, bir gün əvvəl deyilməlidir. Mən də başqa bir toydayam. Necə mikrofonu yerə qoyum və gedim dəvətə? Bu səbəb deyil.

Yenə də Pərvizdən incimirəm. Onunla duet oxumamazlıq etmirəm. Pərviz neçə toy dəvəti olub, bizi birlikdə çağırıblar, imtina edib.

Mən başqa bir şey bilmirəm. Pərvizin ayrılıq səbəbini də efirdən eşitdim”.

Qeyd edək ki, türkanla ayrılma xəbərini Pərviz açıqlamışdı. O, bundan sonra birlikdə işbirliklərinin olmayacağını söyləyib.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ