SON DƏQİQƏ

maqazin.info

“Toya görə vergi ödəməli deyiləm” – Brilliant şikayətləndi

“Toya görə vergi ödəməli deyiləm” – Brilliant şikayətləndi
Bu xəbər 15 Noyabr 2019 - 9:34 'də əlavə edildi və 61 dəfə görüntüləndi.

Xalq artisti Brilliant Dadaşova vergidən şikayətlənib.

İTV-də yayımlanan “3 D” verlişinin qonağı olan ifaçı toylara görə müğənnilərdən tutulan vergidən gileylənib.

“Əlbəttə vergi ödəyirəm. Əslində, toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni, toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik. Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusuz. Halbuki mən o restoranı heç tanımırdım Axırda audit danışıb məsələni həll etdi”, – deyə Xalq artisti bildirib.

Dadaşova oğlunun işsizliyindən də söz açıb. O, övladını işlə təmin etmək üçün bir neçə yerə müraciət etdiyini desə də, cəhdlərinin uğursuz alındığını bildirib:

“Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı bitirəndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim, heç yerə əlim çatmadı. Heç kim məni qəbul etmədi”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ