SON DƏQİQƏ

maqazin.info

“07 ordan gəldi, maşın belə getdi” – Mahnıları tənqid etdilər

“07 ordan gəldi, maşın belə getdi” – Mahnıları tənqid etdilər
Bu xəbər 23 Noyabr 2019 - 16:11 'də əlavə edildi və 16 dəfə görüntüləndi.

“Evdə uşaqlar açır “Youtube”u, bayağı mahnılar gəlir. Deyirəm, ay Allah, bu uşaq bunu hardan gördü. Tez alıram uşağın əlindən ki, qulaq asmasın. “07 ordan gəldi, maşın burdan getdi” – belə mahnı olar? 3 yaşında uşaq buna niyə qulaq asmalıdır? Hər şeyi internetə yerləşdirirlər”.

Maqazin.info xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova “Show news”a açıqlamasında deyib. Bacısı Gülyaz Məmmədova ilə kamera qarşısına keçən müğənni bayağı ifaçıları tənqid ediblər.

Gülyanaq bildirib ki, övladlarına bu cür mahnılara qulaq asmağa icazə vermir:

“İstəmirəm uşaqların zövqü bunlarla korlansın. Qəbul etmədiyim mahnılar çoxdur”.

Gülyaz isə bildirib ki, çoxları mahnıdakı baxış sayını süni yolla artırır:

“Youtube”da olan baxışlar camaatı aldadır. Bilmirlər ki, o baxış sayları pulla artırılır. Camaat da baxır, deyir, çox baxılır, onları toya çağırır.

Zövq müxtəlifdir, hamısının dinləyicisi var. Amma görməmişm ki, bayağı ifaçılar Heydər Əliyev Sarayında konsert versin. Burada canlı oxumalısan, fonoqram olmaz”.

G.Məmmədova “Sponsor tapırlar, hər yerdə konsert verirlər. Konsert etmək üçün birinci səs və sənət olmalıdır. İnanmıram ki, bizim statusumuzda olan müğənnilər gedib restoranda konsert verər. Onlar konsert yox, şou gecəsidir” sözlərini əlavə edib.

 

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ