SON DƏQİQƏ

maqazin.info

Güneldən plastik əməliyyat iddialarına sərt cavab: “Ağlayacam”

Güneldən plastik əməliyyat iddialarına sərt cavab: “Ağlayacam”
Bu xəbər 27 Noyabr 2019 - 11:26 'də əlavə edildi və 25 dəfə görüntüləndi.

Müğənni Günel Zeynalova ötən gün türk mediasında plastik əməliyyat etdirməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Maqazin.info xəbər verir ki, sənətçi əsəbləşdiyini, bu cür məlumatların yalnış olduğunu vurğulayıb:

“Oraya qoyulan şəkillər 12 yaşımda, Türkiyəyə ilk gələndə çəkilib. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü heç bəyənməyəcəksiniz. Halımı bəyənirəm, dəstəkləyirəm. Çünki insanlar məni o cür tanıdı. Hər bir xanım kimi mən də plastik əməliyyat etdirdim. Burnumu etdirdim və üst dodağımı düzəltdirdim. Bundan da xoşbəxtəm. Gedin hansı həkimə istəyirsiz, soruşun, görün başqa bir estetik müdaxilə etdirmişəm? İndi bütün bədənini plastik əməliyyat etdirən və heç etdirməyən xanımlar var. Hamısına da hörmətlə yanaşıram.

1999-cu ildə 55 kiloqram idim. Sonra 52-51 oldum. İndi 44-45 oldum. Arıqlayan insanın üzündə ət qalmır. Heç bir şey kəsdirmədim. 34 yaşım var, bunu deməkdən çəkinmirəm.

Gedin yeni işlərimdən yazın, mahnılarım, kliplərim var. Nə günlərə qalmışıq. 1999-cu illərdə hər şey çox gözəl idi.

Bir də yazıblar ki, çənəmi düzəldirmişəm. Çənəmi niyə edim ki? Ağlayacam…”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ