SON DƏQİQƏ

maqazin.info

“Çox şeydən qorxurdum” – Röya+Video

“Çox şeydən qorxurdum” – Röya+Video
Bu xəbər 01 Dekabr 2019 - 13:32 'də əlavə edildi və 9 dəfə görüntüləndi.

“Təzə olanları demirəm. Lakin çalışdığınız yerdə yaşlanan, vəzifəsi olan insanlar var ki, hamısının üstümdə əməyi var”.

Maqazin.info Axşam.az’a istinadən  xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan konsertindən öncə jurnalistlərin suallarını cavablandırarkən onlara ünvanlayıb.

Müğənni “Xalq artisti” fəxri adı alması ilə bağlı fikirlərini dilə gətirib:

“Bir az da yerim möhkəmləndi. Həmişə işimdə məsuliyyətli olmuşam, indi isə daha da artıb. Bir çox şeylərdən qorxurdum. Bu, məni gücləndirdi. İndi onları həyata keçirəcəm. Gələn il ən çox teatrlarla bağlı planlarımız var. Bu adı gözləmirdim. Birdən oldu”.

Sənətçi “Altın kelebek” mükafatlandırma mərasiminə ikinci dəfə namizəd seçilməsi barədə də danışıb:

“Nə vaxt müraciət etsələr, “yox” demirəm. Kim qazansa, vaxtım olarsa, onunla bir yerdə gedərəm. Kim də qalib olsa, ona mükafatını təqdim etmək istəyərəm. Namizədlər arasında sevdiklərim: Sevda Yahyayeva, Oksana Rəsulova, Pərvin Abıyeva, Xəyyam Nisanov, Murad Arifdir. Hamısı dostlarımdır, əzizlərimdir. Kaş elə bir tarixdə baş tutardı ki, orada olardım. Bir də başqa birlikləri göstərərdim ki, həmişə mükafatı almağa getmək lazım deyil. Biri alanda, ona dəstək də olmaq lazımdır. Yaxşı pul qazansam, hamınıza bilet alaram (gülür)”.

İfaçı yeni işlərindən də söz açıb:

“2019-cu ilin sonuna bir klip hazırlayırıq. Bu aralar fotoqrafları çox sevmişəm. Deyirdim ki, burada klip çəkdirmərəm. Bizim fotoqraflar yaxşı inkişaf edib. Buna çox sevinirəm. Baloğlan Əşrəfovun da “Ay uçan quşlar” mahnısını başqa tərzdə oxumuşam. 2020-ci ildə çıxaracam. Evdə bilirsiniz nə qədər mahnı var? Hakan Erolun bəstəsi “Elə bilirdim” 2015-ci ilin mahnısıdır. Yaxşı mahnıları alıb, gizlədirəm, sonra çıxarıram.

“Crystall Hall”da konsert vermək istəyirəm. Amma istədiyim avadanlığa xeyli vəsait lazımdır. Bu aralar özüm, oğlumla məşğulam. Neçə ildir bir evi tikib qurtara bilməmişəm. Altı ay işləyirik, altı ay iş yoxdur. Qardaşım İsmayıla müğənnilik fəaliyyətində dəstək oluram. Kişiyə dəstək lazımdır. Qadın o qədər güclüdür ki, öz yolunu seçir bir yana çıxır. Kişilərdə isə bu alınmır. Ondan-bundan xahiş edirdim ki, məni toya aparsın. İki il ona pul xərcləyəcəm”.

R. Ayxan bildirib ki, fəxri ad verilməsi ilə bağlı narazılıq edənlərdən adını eşitməyib:

“Onlar hamısı qorxurlar – üzbəüz gələndə qucaqlayıb, öpürlər. “Ay mənim, əzizim, ciyərim, pomidorum, sərçəm” deyirlər. Bu reaksiyaya normal baxdım. Axı, bu adı gözləmirdim. Buna Allahın hədiyyəsi kimi baxıram. Çox xoşbəxtəm. Onlar həmin adı gözlədiklərinə görə ala bilmirlər. İnsan bir şeyi edir və əmin olur ki, mən bununla partladacam və sairə, lakin alınmır. Məndə hər şey spontan baş verir. Ədalət Şükürovla yeməkdə idik. Dedim ki, Ədalət, bəlkə “Dedin yox”u oxuyum? Gecə ilə studiyaya gedib, yazdırdıq. Elnurun (Stilist Elnur Həsənov – red.) salonuna getdim, təmir gedə-gedə dedim ki, bu klipi çəkdirməliyəm”.

Sənətçi müğənnilərin az vergi ödəməsi ilə bağlı iradlara isə belə münasibət bildirib:

“Ödədiyimiz vergi 30 manat deyil. Reklamlara da çəkilirik. Pulköçürmələr də dövlət yolu ilə olduğu üçün hamı bilir nə qazanırıq. Qaldı ki, düşünmədən söz danışan millət vəkillərimizə demək istərdim ki, günə dörd toya gedirəmsə, onun üçü işə xərclənir. Buraya çalışanlar, geyimlər və sairə aiddir. Nə deyirlərsə, ödəyirik. Əgər problem varsa, aşkar etsinlər, həll edək”.

Müğənni sonda Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkələrdə başladılan aksiyaya dəstək verib:

“Afaq Bəşirqızını sevirəm. Çox istəyərdim ki, millət vəkilimiz olsun. Faiq Ağayev də, Elza Seyidcahan da deputat olsun. Mən isə deputat olmaq fikrim yoxdur, yerimdən razıyam”.

“Türkiyə şou-biznesinə qatılmağı təxirə salmısınız” sualını isə R.Ayxan belə cavablandırıb:

“Mən orada hansı işi görsəm, cavabı Azərbaycan verir. Çünki buranın müğənnisiyəm. Məni oranın efirində göstərirlər. Burada bahalaşıram. Bunu sizin üçün edirəm. Oranın mediasında özümü tanıtmaq istəyirdim. Bunu da elədim”.

Röya baş tutan konsertini isə belə şərh edib:

“Bu konsertə qonaq gəlmişəm. Dörd mahnı oxuyub, gedəcəm. Mənim konsertim üç gün martda Konqress zalında olacaq”.

Qeyd edək ki, R.Ayxan konsertdə 4 mahnı səsləndirib. O, səhnəyə ağ və qara rənglərdən ibarət libasda çıxıb.

Pərviz Hüseyn

 

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ