SON DƏQİQƏ

maqazin.info

“Allaha inanmıram” – Dilarə Kazımova

“Allaha inanmıram” – Dilarə Kazımova
Bu xəbər 03 Dekabr 2019 - 14:40 'də əlavə edildi və 30 dəfə görüntüləndi.

“Yeni dalğa” festivlaında olanda bizə, “açıq geyinin” deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır”.

Maqazin.info axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova Samir Bayramlının aparıcısı olduğu “Söhbətsiz” proqramında deyib.

Sənətçi atasının ölümündən sonra Allaha olan inamını itirdiyini söyləyib:

“Atam dünyasını dəyişəndən sonra Allahdan küsdüm. Nənəm Allaha çox inanırdı. Mən də 12 yaşımda namaz qılmaq istəyirdim. Daha sonra ailəmizdə bu faciə baş verdi. Allaha sual verdim ki, niyə? Axı, mən səni çox istəyirəm. Hər şey düzgündür, yolundadır. Atamın 42 yaşı var idi. İçimdə nəsə sındı. Fikirləşdim ki, daha Allaha inanmaq istəmirəm. Ona inandım, sevgimi verdim. Amma o mənə belə bir faciə yaşatdı. Atamı aldı. Onunla çox yaxın idim”.

D.Kazımova eks-həyat yoldaşı Mert Aslanla olan evliliyi barədə də danışıb:

“Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, Azərbaycan, türk və hərdən də rus. O, memar idi. İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Sadəcə Bakıda işləyirdi. Bir-birimizi başa düşüb ailə qurduq. Çox şadam ki, indi rahatam. 30 yaşımdan sonra ailə qurdum. Anladım ki, mənim adamım deyilmiş. 1 il yarım görüşdük.  “Eurovision”dan qabaq evlənmək istədik. Amma planı 6 ay sonraya saxladıq. Sonra sona getmədi.

İnsanlar 20 illik ailəsini sonradan tanıyıb bilir ki, həyat yoldaşı onluq deyilmiş. Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. Peşman deyiləm. Hər şey öz vaxtında olmalıdır. Ana olmalıyamsa, olacam. Hara qaçırıq? Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, qadının şəxsi fikridir. Mənim üçün problem deyil. Dostlarımın arasında özlərinə düzgün adam tapmayıblar, amma ana olublar. Ona övlad lazımdır. Təbii ki, uşaq normal ailədə doğulmalıdır. Ancaq vəziyyətlər müxtəlifdir. Eləsi var ki, ata da, ana da var, lakin uşağa sevgi verə bilmirlər. Əgər ana uşağına sevgi verə biləcəksə, niyə də olmasın?”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ