SON DƏQİQƏ

maqazin.info

“Nişan üzüyüm evdədir” – Günay

“Nişan üzüyüm evdədir” – Günay
Bu xəbər 04 Dekabr 2019 - 15:35 'də əlavə edildi və 30 dəfə görüntüləndi.

“Heç vaxt şiddət görməmişəm. Görsəm, susmaram, danışaram. Uşaqlıqda valideynlərimiz əsəbiləşib, nadinc uşaq olmuşam”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. Qadın zorakılığından bəhs edən sənətçi sevgilisinin qadağalarından söz açıb:

“Münasibətlərdə qadının özündən çox şey asılıdır. Elə şərait yaratmamalısan ki, münaqişəyə gəlib çatsın. Bünövrəni qadın elə qoymalıdır ki, davaya, təhqirə gətirib çıxarmasın. Özünü necə tədim edirsənə, elə qəbul olunursan. Amma əvvəl başqa, sonra başqa olursansa, pis gedir.

Mənim də münasibətimdə qadağa olub, indi ona öyrəşmişəm. Onlar qulağımda sırğadır artıq”.

Barmağındakı nişan üzüyü ilə diqqət çəkən Günay ailə qurmasından söz açıb:

“Barmağımdakı nişan üzüyü deyil, hədiyyədir. Evdə nişan üzüyüm var. Ailə qurmağı düşünürəm. Evdə də böyük övlad mənəm. Hamı ilk mənim ərə getməyimi gözləyir ki, yol açılsın. Buna görə də yaxın günlərdə gözlənilir.

Amma mənim toy xəbərim hər yanda yayılmayacaq. Ancaq internetdə görəcəksiniz ki, Günay ərə getdi”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ