SON DƏQİQƏ

maqazin.info

“Narınc Rüstəmova qardaşım uşaqlarına saxta sənəd düzəltmişdi”

“Narınc Rüstəmova qardaşım uşaqlarına saxta sənəd düzəltmişdi”
Bu xəbər 05 Dekabr 2019 - 16:46 'də əlavə edildi və 44 dəfə görüntüləndi.

Şairə Nazilə Səfərli psixoloq Narınc Rüstəmova barədə sərt iddialar səsləndirib.

Maqazin.info xəbər verir ki, o, bu barədə “Yeniçağ”ın canlı yayımında danışıb:

“Qardaşımın uşaqlarına saxta sənədlər düzəltmişdi. Guya ki, uşaq atası ilə görüşəndə anasını itirmək qorxusu yaşayır. Atam da dedi ki, məni də o aparata qoşun. Görüm çöldə kiminləsə çay içib gələndə arvadımı itirmək qorxusu yaşayıram, ya yox? Sonra gördülər ki, atam çox üstünə düşüb, sənədi ləğv etdilər. Azərbaycanda o formada iş görən çoxdur. Ona görə də üstünə getmədim. Qızlarla Yessentukiyə gəlmişdi. Orada onu gördüm, amma yaxınlaşmadım. Özüm dedim ki, görüm burada olduğunu paylaşacaqmı? O, məni görmədi. Sonra başa düşdüm ki, o da kiminsə əmrinə tabedir”.

Qeyd edək ki, şairənin qardaşı həyat yoldaşından qalmaqallı şəkildə boşanmış, onların övladları ilə bağlı problemləri mediada geniş müzakirə edilmişdi.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ