SON DƏQİQƏ

maqazin.info

“Ramiz Əzizbəylini bağışlayıram” – Afaq Bəşirqızı

“Ramiz Əzizbəylini bağışlayıram” – Afaq Bəşirqızı
Bu xəbər 09 Dekabr 2019 - 12:03 'də əlavə edildi və 28 dəfə görüntüləndi.

Xalq artisti Afaq Bəşirqızı “Səhər-səhər” verilişinin qonağı olub.

Maqazin.info  xəbər verir ki, aktrisa həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan bəhs edib. A.Bəşirqızı bildirib ki, Əzizbəylini dediklərinə görə bağışlayıb:

“Bəxt üzüyü”ndə iştirakçıların, Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, bir sənət əsəri qoydu getdi. Onu da Ramiz Əzizbəyli çəkdi. Bir aktrisayla teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var idi.

Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb. İnsanın xasiyyətində də ərköyünlük var, kobud cavab verdi. Amma mənə qarşı çox ərköyünlük etdi.

Ramiz Əzizbəylini üç-beş gündür tanımıram. Neçə illərin tanışıyıq. Ətini yesəm də, sümüyünü atmaram. Ona görə də mən Ramiz Əzizbəylini bağışlayıram. Amma o sözü heç bir yerdə deməmişdim”.

Qeyd edək ki, hər iki sənətkarın küsməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmi olub. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi ilə bağlı yazı dərc olunmuşdu. Bu da tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ