SON DƏQİQƏ

maqazin.info

“Boşanmış qadına intim obyekt kimi baxırlar” – Lalə Məmmədova

“Boşanmış qadına intim obyekt kimi baxırlar” – Lalə Məmmədova
Bu xəbər 11 Dekabr 2019 - 14:09 'də əlavə edildi və 36 dəfə görüntüləndi.

“Evlənmək kimi boşanmaq da təbii bir prosesdir. İldən-ilə insanın duyğuları, həyata baxışı, düşüncələri dəyişir. Bu gün düşündüyüm kimi 10 il sonra düşünə bilmərəm. Başqasına vurula da bilərəm. İnsanın həyatında zaman içərisində hər şey dəyişə bilər. Ona görə də mən Oşonu tez-tez oxuyuram. Bunun kökündə Allahın xəbəri olmayan bizim uydurduğumuz adət-ənənələr dayanır. İnsanlar bir-birini tanımalıdır. Ata-ana övladı üçün “yaxşı qız”, “yaxşı oğlan” axtarmamalıdır. Bu, anlayış zehinlərdən silinməlidir”.

Bu sözləri kulis.az-a müsahibəsində Əməkdar artist Lalə Məmmədova “Ailələrin uzun müddət davam etməsinə indiki dövrdə nələr mane olur” sualına cavab verərkən deyib.

O, problemin qadınlarda olduğunu söyləyib:

“Kişini də, qadını da yetişdirən qadındır. Qadınlarımız gələcəyə kişi yox, uşaq böyüdürlər. Həyat üçün kişi, sabah üçün ata, qadın üçün ər yetişdirmirlər. Atalar isə oğullarının heç vaxt onlardan bir pillə üstün olmasını istəmir. Oğlanlarını cəngavər kimi yetişdirmirlər. Daima özlərindən asılı olmalarını istəyirlər. Ona görə də bu gün bizim cəmiyyətimizdə kişi modeli yoxdur. Biz həyat üçün kişi hazırlamırıq. Boşanmış qadına münasibət deməzdim ki, 30 il bundan əvvəlki qədər pisdir. Amma bu da danılmazdır ki, boşanmış qadına həmişə bir intim obyekt kimi baxırlar. Bu, insana çox pis təsir edən bir haldır. Əgər bu qadın özgüvəni yüksək olan, özünü oda-közə vurub uğur qazanan bir qadındırsa vəziyyət ikiqat ağırdır. Uğurlu qadının uğurlarını görmədikləri, tanımadıqları, özlərindən uydurduqları hansısa bir kişinin ayağına yazırlar. Bu, sadəcə olaraq dözülməzdir”.

Müğənni valideynləri ilə yaşadığı üçün zaman-zaman çətinlik çəkdiyini söyləyib:

“Övladlarıma anam tərbiyə verir. Bir tərəfdən buna çox sevinirəm ki, valideynlərim övladlarımın başının üstündədir. Amma digər tərəfdən anamla razılaşmadığım məqamlar var. Məsələn, bir şey olanda deyir, qızına bunu öyrətməmisən, sabah problem yaşayacaq. Bu sözün ucundan tutub deyirəm, anam, sən də bizə elə demisən, amma mən qızıma bunu deməyəcəyəm. Çünki mən onu ər üçün yox, cəmiyyət, həyat üçün yetişdirirəm. Övladımı da ərə verəndə sənin kimi “get ordan meyitin çıxsın” deməyəcəyəm”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ