SON DƏQİQƏ

maqazin.info

Di Kaprio indi də onunla sevgilidir

Di Kaprio indi də onunla sevgilidir
Bu xəbər 12 Dekabr 2019 - 17:39 'də əlavə edildi və 23 dəfə görüntüləndi.

Hollivud ulduzu Leonardo Di Kaprionun adı bu dəfə dünyaca məşhur model Kendall Cennerlə hallanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə qərb KİV məlumat yayıb. İddia olunur ki, 45 yaşlı aktyor “Morrone Mərakeş” Film Festivalında Kendalla yaxınlaşmağa başlayıb. 

Mərakeşdə yaranan səmimi münasibət Amerikada da davam edib. “Radar Online”nın məlumatına əsasən, Di Kaprio ilə Cenner ötən həftə sonu Mayamidəki bir barda səhərədək əylənib. Şahidlərin sözlərinə görə, hər iki tanınmış münasibətlərini gözlərdən uzaq yaşamaq niyyətindədirlər.

Maraqlısı odur ki, Leonardonun yeni ayrıldığı sevgilisi Kamila Morrone ilə Kendall rəfiqədir. “Victoria Secret” brendinin iki siması dəfələrlə bir arada görüntülənib, fotoqraflara səmimi poza veriblər.

Qeyd edək ki, Cennerin bundan əvvəl Bred Pitt və basketbolçu Blake Grifflə sevgili olması barədə xəbərlər yayılmışdı.



Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ