SON DƏQİQƏ

maqazin.info

2019-cu ildə valideyn olan məşhurlar – Fotolar

2019-cu ildə valideyn olan məşhurlar – Fotolar
Bu xəbər 20 Dekabr 2019 - 12:26 'də əlavə edildi və 18 dəfə görüntüləndi.

Geridə qoyduğumuz ilə təkcə ulduz toyları ilə deyil, həm də bir neçə məşhurun valideyn olması xəbərləri ilə yadda qaldı.

“Qafqazinfo” 2019-cu ilə yekun vuraraq, ana/ata adını qazanan əcnəbi ulduzları təqdim edir:

Meqan Markl və şahzadə Harri

Mayın 6-da cütlüyün ilk övladı dünyaya gəlib.

Emi Şumer

Amerikalı aktrisa Emi Şumer də, demək olar, Meqan Markla eyni vaxtda ana olub. Bu, onun və həyat yoldaşı Kris Fişerin ilk övladıdır.

Tom Hardi

2019-cu ilin yanvarında ingilis aktyor Tom Hardi və onun həyat yoldaşı Şarlotta Raylinin ikinci oğul övladı dünyaya gəlib. Körpəyə Forrest adı verilib. Qeyd edək ki, Tomun keçmiş sevgilisindən Lui adlı oğlu var.

Vensan Kassel və Tina Kunaki

Aprelin 19-da 52 yaşlı Vensan Kassel üçüncü dəfə ata oldu. Onun cavan həyat yoldaşı, 22 yaşlı model Tina Kunaki aktyora qız övladı bəxş etdi. Qeyd edək ki, Kasselin Monika Belluçi ilə nikahından iki qız övladı var.

Cessika Simpson

Martın 19-da amerikalı müğənni və aktrisa Cessika Simpson və onun həyat yoldaşı Erik Conson üçüncü dəfə valideyn oldular. 9 ay sürən ağır hamiləlikdən sonra cütlüyün qız övladı dünyaya gəldi – 4500 qram çəkili Berdi Mey!

Riçard Gir və Alexandra Silva

69 yaşlı aktyor ikinci dəfə ata oldu. Fevral ayında Gir Alexandr Silvanın həyat yoldaşı ona oğul övladı bəxş etdi. Qeyd edək ki, Riçardın Keri Louellə nikahından Qomer, Alexandranın isə daha əvvəlki münasibətindən 6 yaşlı Albert adlı oğlu var.

Saşa Savelyeva və Kirill Safronov

Martın 27-də “Fabrika” qrupunun solisti Saşa Savelyeva və onun həyat yoldaşı, aktyor Kirill Safronov valideyn oldular: ulduz ailədə oğul övladı dünyaya gəldi.

Viktoriya Lopıryova

Fevralın 5-də “Miss Rusiya – 2003” gözəllik müsabiqəsinin qalibi, model və teleaparıcı Viktoriya Lopıryova ilk övladını dünyaya gətirib.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ