SON DƏQİQƏ

maqazin.info

“Aparıcılar və müğənnilərin əlindən işsiz qalmışam” – Lalə

“Aparıcılar və müğənnilərin əlindən işsiz qalmışam” – Lalə
Bu xəbər 23 Dekabr 2019 - 23:50 'də əlavə edildi və 40 dəfə görüntüləndi.

Hazırda işsizəm. Gözəl kanal məni maraqlı layihə ilə dəvət etsə, gedərəm. Hazırda sosial şəbəkədə etdiyim reklamdan qazanıram”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva “Səhər-səhər” verilişində deyib. O bildirib ki, hazırda işsizdir və heç yerdə iş tapa bilmir:

“Bəzi aparıcılar və müğənnilərin əlindən işsiz qalmışam. Hara müraciət edirəm, deyirlər, sponsor gətir. 16 il aparıcı olmuşam, peşəkar televiziya işçisiyəm. Qapı-qapı gəzib sponsor axtara bilmərəm. Deyirəm, gözəl kollektiv yaradın, gedib sponsorla danışsın. Sonra mən də aparıcı kimi gedib danışaram”.

Lalə toylardan da uzaqlaşdırılmasından gileylənib:

“2008-ci ilə qədər toya gedirdim. İndi soruşanda deyirlər, getmir. Şou aləmində dost yoxdur. Üzünə gülüb, arxada sənin işini bururlar. Bir dəfə tanıdığım insan dəvət etdi. Qayıtdı ki, ağır təbiətlisən, gəl apar get. Biz şitliyi sevmirik. Ondan sonra məclisə getməmişəm”.

 

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ