SON DƏQİQƏ

maqazin.info

“Evdə oturub ölümümü gözləyirəm” – Xalq artisti

“Evdə oturub ölümümü gözləyirəm” – Xalq artisti
Bu xəbər 10 Yanvar 2020 - 14:35 'də əlavə edildi və 4 dəfə görüntüləndi.

“Mənəvi cəhətdən boşluq yaşayıram. Çox darıxıram. Evdə oturub ölümün yaxınlaşmasını gözləyirəm”.

Axşam.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. “Moşu” kimi tanıdığımız aktyor işsiz qalmasından gileylənib.

“Evdə oturub ölümümü gözləyirəm. Nə zaman əcəl gələcək, onda ölüb gedəcəyəm. İşim yox, gücüm yox. Mən nə plan qura bilərəm? Oynayacağım tamaşalar da yoxdur. Şəhər evində üçüncü mərtəbədə yaşayıram. Aşağı düşürəm, yuxarı qalxıram. Günümü belə yola verirəm”.

V.Kərimovun sözlərinə görə, maddi vəziyyəti normal olsa da, teatrdan uzaq düşməsi ona pis təsir edir.

“Prezident təqaüdü alıram, normal dolanıram. Maddi baxımdan şikayətim yoxdur. Səhhətim də qaydasındadır. Şükür, sağlamam. Ancaq mənəvi cəhətdən boşluqdayam. Tamaşa olsa oynayaram, iş olsa işləyərəm. Heç nə ilə başımı qata bilmirəm. Pirşağıda bir bağım var. Maşınım yoxdur deyə gedib əkin-biçinlə məşğul ola bilmirəm. Nəvələrlə başımı nə qədər qata bilərəm ki? Hərdən sənət dostlarımla görüşürəm. Tamaşalara xəbərim olanda gedirəm. Bəzən Afaq Bəşirqızı ilə telefonla danışırıq, onunla dərdləşirik. Bax, həyatım belə keçir”, – deyə Xalq artisti vurğulayıb.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ