SON DƏQİQƏ

maqazin.info

Milyarderlərin uşaqları Yeni ili harada keçirib? – Fotolar

Milyarderlərin uşaqları Yeni ili harada keçirib? – Fotolar
Bu xəbər 14 Yanvar 2020 - 16:56 'də əlavə edildi və 4 dəfə görüntüləndi.

Rusiya mediası biznesmen övladlarının Yeni ili harada keçirməsi ilə bağlı araşdırma aparıb.

Axşam.az həmin siyahını təqdim edir:

Rusiyanın birinci prezidenti Boris Yeltsinin nəvəsi, kiçik Boris Yeltsin bayram günü Sen-Bart adasına yollanıb. O, milyarderlərin sevimli istirahət mərkəzində dostları ilə əylənib. Bayram günü adaya 50-yə qədər yaxta gəlib. Onlar arasında Roman Abramoviç, Dmitri Rıbalovlevin yaxtası da yer alıb.

Ziyad Manasirin 19 yaşlı qızı Diana Manasir Parisə yollanıb. Həyat yoldaşı Rostik Bağırov da onu tək qoymayıb. Onlar beşulduzlu “Mandarin Oriental” oteldə qalıblar.

“Diksi”nin sahibi İqor Kesaevin qızı, “Tatler” dərgisinin ən qalmaqallı siması Kristina bayramı Maldivdə keçirib. “Velaa Private Island”da qalan qız bir gecə üçün otelə 1,5 milyon rubl ödəyib.

Məşhur milyarder Eldar Osmanovun qızı Lolita Osmanova İsveçrədə Sankt-Morisdə dincəlib. Bir çox milyarderlər bayramı bu məkanda keçirmək üçün aylar əvvəl ödəniş ediblər. O, özü üçün Alp dağları mənzərəsində otaq kirayələyib.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ