SON DƏQİQƏ

maqazin.info

Almaz Mustafayeva yubileyə hazırlaşır

Almaz Mustafayeva yubileyə hazırlaşır
Bu xəbər 23 Yanvar 2020 - 11:04 'də əlavə edildi və 19 dəfə görüntüləndi.

Yanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək.

Axşam.az xəbər verir ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Qeyd edək ki, hər zaman orijinal, fərqli tədbirlər hazırlayan yaradıcı heyət aktrisanın əlamətdar gününü də qeyri-adi üslubda təqdim edəcək. Son dərəcə maraqlı, teatrlaşdırılımış yubiley tədbirində aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq. Yubiley mərasimində teatrın bütün kollektivi çıxış edəcək və səhnədən yubileyara təbriklər ünvanlanacaq. Həmçinin ekranda Almaz Mustafayevanın sənət fəaliyyətini əks etdirən fotolar, kadrlar nümayiş ediləcək.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, “Sehirli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Almaz Mustafayeva kinoda və teatrda maraqlı, biri-birindən seçilən fərqli obrazlar ifa edib. Eyni zamanda müasir seriallarda canlandırdığı obrazlarla da aktrisa çağdaş tamaşaçıların qəlbinə yol tapıb.

50 ildir Gənc Tamaşaçılar Teatrında çalışan Almaz Mustafayevanın ailəsi də sənətə, Azərbaycan Teatrına xidmət edir. Sənətkarın hər iki oğlu Mustafa və Tural Mustafayevlər teatr sənətimizin inkişafı üçün çalışır, rəssam və rejissor kimi fəaliyyət göstərirlər.

Almaz Mustafayeva 1997-ci ildə “Qızıl Dərviş” mükafatına, 2013-cü ildə isə Əməkdar artist Fəxri adına layiq görülüb.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ