SON DƏQİQƏ

maqazin.info

Çingizdən 20 Yanvarla bağlı kompozisiya – Video

Çingizdən 20 Yanvarla bağlı kompozisiya – Video
Bu xəbər 20 Yanvar 2020 - 21:31 'də əlavə edildi və 2. 044 dəfə görüntüləndi.

“Eurovision” təmsilçimiz Çingiz Mustafayev 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı özünəməxsus tərzdə hazırladığı yeni kompozisiyasını təqdim edib.

Maqazin.info Axşam.az-a istinadən xəbər verir ki, müğənni İnstaqramda mahnının videosunu izləyiciləri ilə bölüşərək bunları qeyd edib:

“Bu gün 20 yanvar faciəsindən 30 il keçir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub. Onların ruhunu hörmət və ehtiramla yad edirəm. Mən öz hisslərimi, duyğularımı bu ifamla izah etmək istədim. Allah rəhmət eləsin!
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub”.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ