SON DƏQİQƏ

maqazin.info

İTV “Səs Azərbaycan”ın arxivini sildi – Foto

İTV “Səs Azərbaycan”ın arxivini sildi – Foto
Bu xəbər 23 Yanvar 2020 - 16:13 'də əlavə edildi və 9 dəfə görüntüləndi.

2015-ci ildə AzTV-də yayımlanan səs-küylü “Səs Azərbaycan” layihəsinin bütün videoları rəsmi “Youtube” kanalından silinib.

Axşam.az-ın məlumatına görə, sözügedən kanalın adı da dəyişdirilərək “Səs uşaqlar”la əvəz olunub.

İTV-də yayımlanması planlaşdırılan “Səs uşaqlar” yarışmasının 26 yanvardan start götürəcəyi bildirilirdi. Lakin verilişin anonsları yayımlanmayıb və nə vaxt başlayacağı barədə məlumat yoxdur. “Səs Azərbaycan” “Youtube” kanalının adının dəyişdirilməsi də məhz bu layihə ilə bağlıdır.

Məsələ ilə bağlı sosial şəbəkədə müzakirə yaranıb. İTV-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən isə arxivin hansı səbəbdən silinməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, həmin “Youtube” kanalında iştirakçılarla yanaşı Xalq artistləri Tünzalə Ağayeva, Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artist Manananın da çıxışları yer alırdı.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ