SON DƏQİQƏ

maqazin.info

Nahidə çalışdığı şirkəti məhkəməyə verdi

Nahidə çalışdığı şirkəti məhkəməyə verdi
Bu xəbər 04 Yanvar 2020 - 17:04 'də əlavə edildi və 804 dəfə görüntüləndi.

Sosial media vasitəsilə Türkiyədə və Azərbaycanda məşhurlaşan müğənni Nahidə Babaşlı “Youtube” kanalını işlədən şirkətlə məhkəməlik olub.

Axşam.az-ın məlumatına görə, o, həm menecerliyini, həm də sosial media işlərini aparan “Wediacrop”u müqavilə şərtlərinə əməl etmədikləri və karyerasına ziyan vurduğu üçün məhkəməyə verib.

İfaçı bu barədə İnstaqramda da açıqlama yayıb:

“Üç ilə yaxındır əməyimlə böyütdüyüm təxminən 1 milyona yaxın abunəsi olan “Youtube” kanalım var. Kanalın qorunması üçün Azərbaycanda mövcud olan “Youtube” partnyorluq şirkətinə üz tutdum. Böyük bir səhv edərək oxumamış müqavilə imzaladım. Bu şirkət demək olar ki, hazırda azərbaycanlı müğənnilərin 70%-i ilə işləyir. Şərtlərə əməl etmədikləri üçün  4 ay əvvəl vəkilimlə bərabər müqaviləmi ləğv etməyimə baxmayaraq, kanalımı özümə qaytarmırlar. Bununla yanaşı, gedəcəyim verlişlərə əvvəlcədən zəng edib məni efirə çıxarmamaqlarını istəyirlər. Türkiyədə konsert verəcəyim yerlere zeng edib “Nahide bizi məhkəməyə Verdi, onu səhnəyə çıxarmayın” deyirler. Kanalı öz panellerindən çıxarmırlar, neçə vaxtdır video yerləşdirməməyimin də səbəbi budur”.

Qeyd edək ki, N.Babaşlı “Ay yüzlüm” mahnısı ilə məşhurlaşıb.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ