SON DƏQİQƏ

maqazin.info

“Özünü evin pəncərəsindən asıb”

“Özünü evin pəncərəsindən asıb”
Bu xəbər 21 Yanvar 2020 - 14:55 'də əlavə edildi və 10 dəfə görüntüləndi.

“Evdə yatmışdım, qışqırığa durdum. Gördüm hadisə olub. Mənə böyük bir dərt, müəmmalı ölüm qoydu getdi. Hansısa ailədə intihar  görəndə, ürək ağrısı ilə qarşılayırdım. Öz balamda olandan sonra gördüm ki, kifayət qədər ürək ağrısı ilə qarşılamamışam”.

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı “Şou ATV” verilişinə açıqlamasında deyib. Bacısı oğlu Şamxalın intiharı ilə bağlı açıqlama verən sənətçi onun intihar səbəbini bilmədiyini söyləyib. O bildirib ki, şamxal özünü pəncərədən asıb:

“Səhər 5-ə işləmiş mənim yanımdan getdi. Gedib nənəsini yuxudan oyadıb ki, namaz qılsın. Anamla eyni həyətdə yaşayırıq. Deyir ki, namaz qıldım, yatdım, Şamxal yatmayıb. Sonra yuxudan durub çay qoyub. Gəlib görüb ki, pəncərədən baxır. Çağırıb ki, gəl, Şamxal. Görüb reaksiya vermir. Gəlib ki, özünü pəncərənin dəmirindən asıb. Anam orada bundan sonra necə yaşayacaq bilmirəm”.

Qeyd edək ki, 1999-cu il təvəlüddlü Şamxal Niftəliyev Yasamal rayonunda yaşadığı evdən özünü asıb.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ