SON DƏQİQƏ

maqazin.info

Pərvin 20 gün sonra qayıtdı

Pərvin 20 gün sonra qayıtdı
Bu xəbər 21 Yanvar 2020 - 14:52 'də əlavə edildi və 6 dəfə görüntüləndi.

Aktrisa Pərvin Abıyeva 20 gün sonra İnstaqrama geri qayıdıb.

Axşam.az xəbər verir ki, sənətçi ötən gün 1 milyon izləyicisi olan sosial şəbəkə profilinin “Story” bölümündə videolar yerləşdirib.

O, sevgilisinin qardaşının öldüyü gecədən paylaşdığı fotolarını isə silib.

Qeyd edək ki, Pərvin sevgilisi – keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən dünyasını dəyişib. Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər.

Yeni il gecəsi başa çatdıqdan sonra gənc Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.

Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlayıb.

Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.

Etiketlər :
XƏBƏR HAQQINDA ŞƏRH YAZ
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
POPÜLER FOTO GALERİLER
SON DAKİKA HABERLERİ
DİGƏR XƏBƏRLƏR
SON DƏQİQƏ